Bazar ertəsi, 13 May

Ukrayna ordusu Mariupola hücuma hazırlaşır - “Vaxt azdır"

image

Mariupolun mühasirədən çıxarılmasının diplomatik yolu ilə yanaşı, Ukrayna müdafiə qüvvələri hərbi plan üzərində də işləyirlər.

Xəbər verilir ki, “Azov” alayının keçmiş komandiri Maksim Jorin bu işin Ukrayna Silahlı Qüvvələrin komandanlığı ilə aparıldığını deyib.

Jorin əməliyyatın mürəkkəbliyinə baxmayaraq, yüzlərlə könüllünün blokadanı açmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda mühasirənin açılması mümkün deyil:

“Amma diplomatik prosesdən əlavə, paralel olaraq şəhərin blokadadan çıxarılması üçün hərbi əməliyyatın hazırlanması prosesi gedir. Bu, çoxmərhələli həll yolu ola bilər”.

Jorin əlavə edib ki, bu, çox vaxt aparacaq, çünki ilk növbədə lazımi hərbi texnika və silahları əldə etmək lazım gələcək:

“Əmin deyiləm ki, hazırda Azovstal ərazisində olanların çox vaxtı var. Ona görə də paralel olaraq iki istiqamətdə hazırlaşırıq və işləyirik: diplomatik – onları xilas etmək və çıxarmaq üçün və hərbi – istənilən halda bunu edəcəyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00